"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Barselona" ilə Superkubok matçında komandasının 4:1 hesablı qələbəsinin ədalətli olduğunu düşünmür.
Fanat.Az xəbər verir ki, oyunsonrası mətbuat konfransında bu barədə danışan italiyalı mütəxəssisin dediklərini "Movistar" belə çatdırıb:
“Matç bizə asan başa gəlmədi. "Barselona"nın oyun keyfiyyətini nəzərə alsaq, hesab çox böyük oldu. 3:1-ə qədər bərabərsəviyyəli matç izləyirdik. Yalnız dördüncü qoldan rəqib təslim oldu.
Vinisiusa ən yaxşı səviyyəsinə qayıtmaq üçün iki və ya üç oyun lazım idi. O, geri döndü".
Mirağa