Antalyada təlim-məşq toplanışında olan "Turan Tovuz" hazırlıq çərçivəsində növbəti oyunlarına çıxacaq.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu gün 2 oyununda qüvvəsini sınayacaq.
Günün ilk qarşılaşmasında qərb təmsilçisinin rəqibi Macarıstan təmsilçisi “Şiofok” olacaq. Matç saat 12:00-da başlayacaq. İkinci oyunda isə "Turan Tovuz" Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf”la qarşılaşacaq.
Qeyd edək ki, “Turan Tovuz” ilk yoxlama oyununda Rumıniya yüksək liqa təmsilçisi “Voluntariyə 0:2 uduzub.