Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte “Neftçi”yə keçəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, bunu “Dsport” nəşrinə açıqlamasında Plovdiv təmsilçisinin icraçı direktoru Pavel Kolev deyib.
Kolev artıq tərəflərin razılığa gəldiyini və Syerra Leone millisinin üzvünün Bakı təmsilçisinin formasını geyinəcəyini vurğulayıb. O, 23 yaşlı oyunçunun paytaxt klubu ilə münasibətləri rəsmiləşdirmək üçün bu həftə Bakıya uçacağını bildirib.
Qeyd edək ki, ötən ilin yayında “Lokomotiv”ə qoşulan Alfa bu komandanın heyətində 13 oyuna çıxaraq 3 qol müəllifi olub.