"Qalatasaray" ın futbolçusu Saşa Boe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, fransalı müdafiəçinin xidmətində "Arsenal" maraqlıdır.
Daha öncə Boeni "Bayern Münhen"in də diqqət mərkəzində saxladığı barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, Boe 2021-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.
Nahid Məmmədov