"Mançester Yunayted"in qapıçısı Andre Onana İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsindən dünən "Tottenhem"ə qarşı keçirdikləri oyundan sonra İngiltərəni tərk edib.
Fanat.Az xəbər verir ki, Kamerun millisinin qapıçısı Afrika Millətlər Kubokunda iştirak etmək üçün turnirin keçirildiyi ölkəyə - Fil Dişi Sahilinə uçub.
Xatırladaq ki, Kamerun seçməsi Afrika Millətlər Kubokunda ilk oyununu sabah keçirəcək. "Ramolunmaz aslanlar" Qvineya seçməsi ilə üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.