Almaniyanın "Leypsiq" klubunun keçmiş idarəedici direktoru Maks Eberl bundan sonra "Bayern Münhen"də çalışacaq.
Fanat.Az xəbər verir ki, "Sky Sport"un jurnalisti Florian Plettenberq bu barədə məlumat yayıb.
Xəbərə görə, əməkdaşlıq artıq razılaşdırılıb. 50 yaşlı mütəxəssis Almaniya nəhəngi ilə uzunmüddətli müqavilə imzalayacaq və klubun idman departamentinə rəhbərlik edəcək.
Eberlenin mart ayından gec olmayaraq vəzifəsinə başlayacağı gözlənilir. "Leypsiq" bu keçidə görə 5 milyon avro təzminat alacaq.
Mirağa