İtaliya çempionu "Napoli"nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliya karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az "Daily Mail"-ə istrinadən xəbər verir ki, yeni cinah oyunçusu axtarışında olan "Mançester Siti" gürcü yarımmüdafiəçi ilə ciddi maraqlanır.
Mənbənin məlumatına görə, “şəhərlilər” ötən il ərzində 22 yaşlı Xviçanı diqqətlə izləyiblər.
Kvaratsxeliya ilə yanaşı, “Vulverhempton”dan Pedro Neto və “Jirona”da icarə əsasında çıxış edən Savio da “Mançester Siti”nin transfer siyahısındadır.
Bu mövsüm Kvaratsxeliya "Napoli"nin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" onun dəyərini 80 milyon avro qiymətləndirir.
Mirağa