"Roma"nın baş məşqçisi Joze Mourinyu istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı açıqlama yayıb.
Komandanın son 5 matçdan yalnız birində qalib gəlməsi və İtaliya çempionatının cədvəlində 9-cu yerə yuvarlanması rəhbərliyin səbr kasasını daşırıb.
61 yaşlı portuqaliyalı mütəxəssis 2021-ci ilin yayından "Roma"ya başçılıq edirdi. O, 2022-ci ildə komandanı Konfrans Liqasının qalibi edib, keçən mövsüm isə Avropa Liqasının finalına çıxarıb.