Növbəti - 2024/25 mövsümü üçün avrokuboklarının təqvimi bilinib.
Fanat.Az xəbər verir ki, UEFA-nın təqvim etdiyi plana əsasən iyunun 18-də Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasının (KL) I təsnifat mərhələsinin, ertəsi gün isə II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
ÇL-də I təsnifat mərhələsinin ilk oyunları 9-10 iyulda, AL və KL-də 11 iyulda, cavab matçları isə müvafiq olaraq, 16-17 iyul və 18 iyulda reallaşacaq.
ÇL-də və AL-da qrup mərhələləri sentyabrda, KL-də isə oktyabrda başlayacaq. Qitənin ən nüfuzlu turnirinin qrupunda ilk turun oyunları 17-19 sentyabrda, AL-də 25-26 sentyabr, KL-də isə 3 oktyabrda keçiriləcək.
Qeyd edək ki, 2024/25 mövsümündən hər üç turnir yeni formatda keçiriləcək.
Mirağa