"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti karyerası ərzində rəhbərliyi altında oynamış ən yaxşı futbolçunun kim olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "ITASportPress" onun dediklərini belə çatdırıb:
"Zidan indiyədək gördüyüm ən güclü oyunçudur. Onun məşqlərdə etdiyi inanılmaz idi. Zinəddindən sonra beləsini görməmişəm".
Xatırladaq ki, Zidan 1999-2001-ci illər aralığında Ançelottinin çalışdırdığı "Yuventus"da oynayıb.