"Çelsi"nin müdafiəçisi Levi Kolvill karyerasını digər İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "talkSPORT" yayıb.
Xəbərə görə, Kolvillin xidmətində "Liverpul" maraqlıdır. Mənbə "qırmızılar"ın sözügedən oyunçunu ötən ilin yayından - "zadəganlar" onunla müqavilə yeniləməmişdən öncə istədiklərini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Çelsi"nin forması ilə bütün turnirlərdə 26 matça çıxan 20 yaşlı Levi 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.