İngilis yarımmüdafiəçi Cordan Henderson Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu ilə üç illik müqaviləni vaxtından əvvəl ləğv etmək barədə razılığa gəlib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, 33 yaşlı futbolçu bu həftə klubun Əbu-Dabidəki düşərgəsindən ayrılaraq Böyük Britaniyaya yollanacaq. Hendersonun "Ayaks"la müqavilə bağlamağa razı olduğu qeyd edilib.
Cordan Henderson 2023-cü ilin iyulunda 14 milyon avroya "Liverpul"dan "Əl-İttifaq"a keçib. O, Səudiyyə Ərəbistanında 19 oyun keçirib və 5 məhsuldar ötürmə edib.
Mirağa