"Real Madrid"in futbolçusu Vinisius Junior karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı İspaniyanın "Sport" portalı yayıb.
Xəbərə görə, braziliyalı hücumçu “Mançester Yunayted” in maraq dairəsindədir. Mənbə “qırmızı şeytanlar”ın braziliyalı ulduzun transferi üçün "Real" a 152 milyon avro təklif edəcəyini vurğulayıb.
Qeyd edək ki, Braziliya millisinin üzvü 2018-ci ildən "Real Madrid"in heyətindədir.
Nahid Məmmədov