PSJ-nin və İtaliya millisinin sabiq qapıçısı Salvator Siriqu karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, "Fatih Karagümrük" təcrübəli qapıçı ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı qolkiper mövsümə "Nitsa"da başlayıb və bu komandanın heyətində heç bir matça çıxmayıb.
Siriqu İtaliya ilə 2020-ci ildə Avropa çempionu, PSJ ilə Fransa çempionatının dördqat qalibidir. O, “Torino”, “Palermo”, “Cenoa” və digər klublarda da çıxış edib.
Mirağa