"Yürgen Klopp "Liverpul"a yeni gələndə daha aqressiv idi".
Fanat.Az xəbər verir ki, bunu "Mirror"a açıqlamasında "Liverpul"un sabiq futbolçusu Ceyms Milner deyib.
Hazırda "Brayton"un uğurları üçün çalışan yarımmüdafiəçi alman mütəxəssisin dəyişdiyini bildirib:
"Xoşbəxtlikdən sonradan daha yumşaq birinə çevrilsə də, o, hamının tanıdığı Klopp olaraq qalır. Məncə, Yürgen "Liverpul"a gələndə ingilis futbolçular haqda başqa düşüncədə idi. Ancaq müəyyən vaxtdan sonra hər şeyə fərqli yanaşmağa başladı".
Xatırladaq ki, Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir. Milner 7 il formasını geyindiyi "qırmızılar"dan ötən ilin yayında ayrılaraq "Brayton"a keçib.