İngiltərənin "Brentford" klubunun hücumçusu Ayven Toninin mərc oyunlarına görə üzləşdiyi cəzanın müddəti başa çatıb.
Fanat.Az xəbər ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Hücumçu paylaşımına “Azadlıq!” yazıb.
Beləliklə, 8 aydır futbolsuz qalan Ayven Toni yenidən futbol oynaya bilər. O, 2022-ci il mayın 17-dən 2023-cü il yanvarın 17-dək oynaya bilməyib.
Qeyd edək ki, son İngiltərə çempionatında Ayven Toni 20 qolla 3-cü bombardir olub. Yalnız Harri Keyn (30) və Erlinq Holand (36) onu qabaqlayıb.
"Brentford" növbəti matçını yanvarın 20-də "Nottingem Forest"ə qarşı keçirəcək.
Mirağa