"Mançester Yunayted"in sabiq futbolçu Tim Hovard keçmiş komanda yoldaşı Kriştiano Ronaldo haqqında mətbuata maraqlı fikirlər səsləndirib.
Fanat.Az xəbər verir ki, "Daily Mail" təcrübəli qapıçının sözlərini belə çatdırır:
“O, çox zarafatcıl xasiyyətə malikdir və insanları güldürməyi bacarır. Siz şübhəsiz ki, onun qədər yaxşı işləyən başqa bir futbolçu görməyəcəksiz. Bu qədər çox çalışan və işinə sadiq olan bir insanın inanılmaz dərəcədə böyük mükafatlar qazanması təəccüblü deyil”.
Qeyd edək ki, Hovard 2003-2007-ci illərdə "Mançester Yunayted" də çıxış edib.
Nahid Məmmədov