İngiltərə Premyer Liqasında cari mövsüm qeyri-sabit çıxışı ilə yadda qalan "Çelsi", Kərim Benzema və ya Roberto Firmino ilə hücum xəttini gücləndirmək istəyir.
Fana.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, London klubu iki futbolçudan birini heyətinə qatmaq üçün qısa müddət ərzində hərəkətə keçəcək.
Qeyd edək ki, Benzema "Əl-İttihad" forması ilə 20 matçda 12 qol vurub, 5 məhsuldar ötürmə edib.
Firmino isə "Əl-Əhli" forması ilə 19 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Nahid Məmmədov