"Real Sosyedad"ın cinah oyunçusu Mikel Oyarzabalın İngiltərə Premyer Liqasının top-klubunda oynamaq imkanı var.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbənin məlumatına görə, “Mançester Yunayted” klubu ispaniyalı vingerin xidmətində maraqlıdır. “Qırmızı şeytanlar”ın rəhbərliyi Oyarzabalın komandanın hücum potensialını gücləndirə biləcəyinə inanır.
Mankunianlar futbolçunun 60 milyon avroluq təzminatını ödəməyə hazırdır.
Mikel bu mövsüm "Real Sosyedad"ın heyətində 26 matçda iştirak edib. Cinah yarımmüdafiəçisi bu görüşlərdə 10 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.
Mirağa