"Atletiko Madrid"lə oyun öncəsi "Real Madrid" pis xəbər alıb.
Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin hücumçusu Rodriqo "Kral Kuboku"nun 1/8 finalı çərçivəsində "Atletiko" ilə oyunu buraxmaq riski ilə üzləşib.
Bu barədə AS nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, braziliyalı hücumçu “Real”ın son məşqini buraxıb. O, əvvəlki məşqlərdə səhhətində yaranan problemlərə görə fərdi proqram üzərində işləyib. Bu baxımdan Rodriqonun derbidə iştirakı böyük sual altındadır.
"Real"la "Atletiko" arasında prinsipial matç bu gün keçiriləcək.
Bu mövsüm Rodriqo “kral klubu"nda 28 oyun keçirib. Braziliyalının aktivində 12 qol və 7 məhsuldar ötürmə var.
Mirağa