Almaniyanın “Auqsburq” klubundan “Tottenhem”in düşərgəsinə qayıdan müdafiəçi Yafet Tanqanqa növbəti dəfə icarəyə göndərilib.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, paytaxt klubunun futbolçusu Çempionşip təmsilçisi "Milluol"a keçib. Tərəflər cari mövsümün sonuna qədər icarə müqaviləsi bağlayıblar.
"Milluol" hazırda Çempionşipdə turnir cədvəlinin 17-ci pilləsindədir. 27 turdan sonra komanda 32 xal toplayıb.
Mirağa