"Mançester Yunaytet"in və Kamerun millisinin qapıçısı Andre Onana Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk turunda baş tutan Qvineya ilə oyuna (1:1) gecikib.
Fanat.Az xəbər verir ki, bu barədə "Goal"-a danışan London “Arsenal”ının sabiq hücumçusu Emmanuel Adebayor qapıçını tənqid edib.
“Onana oyuna gecikib. Təsəvvür edirsiniz? Bu adam Kameruna hörmət etmir".
Andre bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 28 matçda iştirak edib. Qapıçı 45 qol buraxıb. Kamerun yığması qitə turnirində növbəti oyununu Seneqal millisinə qarşı keçirəcək. Matç yanvarın 19-da baş tutacaq.
Mirağa