PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "GQ France" ulduz forvardın dediklərini belə təqdim edib:
“Futbol tarixində iz qoymuş bir çox böyük oyunçu bu yay Avropanı tərk etdi və biz futbolun yeni erasına qədəm qoyuruq. Nə vaxtsa ayrılma növbəsi mənə çatacaq”.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Hazırda onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
25 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 25 matça çıxıb, 26 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa