14:14 18.01.2024 608

\"Füzuli\"də narazılıq: Maaşlar niyə yubanır? - Klubdan açıqlama

II Liqada çıxış edən "Fizuli" komandasının futbolçuları maaşlarının yubanmasından narazıdır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisində iki aydır futbolçuların maaşları verilmir.

Kapitan Hüseyn Axundovun bu yaxında "Füzuli"dən ayrılıb "Baku Sportinq"ə üz tutması da bununla əlaqələndirilir. Daha bir neçə oyunçunun yol üstündə olduğu bildirilir. Narazı futbolçular digər komandalarla danışıqlara başlayıblar. Maaşların gecikdirilməsi səbəbindən məşqlərə də start verilmir. 

Klubun mətbuat xidmətindən bununla bağlı saytımıza verilən açıqlama isə belə olub: "Doğrudur, maaşlar bir qədər yubanıb. Sponsorumuzun heç bir maliyyə problemi yoxdur. Sadəcə, il yeniləndiyi və illik hesabatlara görə yubanma olmuşdu. Artıq o da həll olunub. Bir-iki günə bütün maaşlar ödəniləcək. Əslində, bizdə mükafatlar hər oyundan sonra verilib. Sadəcə, maaşlar yubanırdı, qeyd etdiyimiz kimi, o da yoluna qoyulub. Hətta əlavə edirik ki, yeni il bayramına görə əlavə mükafatlar da veriləcək.

Bundan başqa, daha bir yenilik odur ki, mövsümün ikinci yarısı üçün yeni formalar və məşq geyimlər sifariş verilib. Artıq geyimlər gəlib və komanda hazırlıq ərzində də onlardan yararlana biləcək.

Komandamız sabahdan məşqlərə start verəcək. Hətta yanvarın 21-də "Şamaxı" ilə yoldaşlıq görüşü olacaq. "Qaradağ Lökbatan" da sınaq matçı üçün müraciət edib, danışıqlar gedir".

Qeyd edək ki, "Füzuli" qış fasiləsinə turnir cədvəlinin 4-cü pilləsində yollanıb. Bölgə təmsilçisi liderdən 8 xal geri qalır.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

17:08

MPL: "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəlir - YENİLƏNİR

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

Facebookdan bizi izləməyi unutmayın.
X