"Verona"nın hücumçusu Siril Nqonj tezliklə "Napoli"nin futbolçusu olacaq.
Fanat.Az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər potensial sövdələşmənin bütün detalları üzrə uğurla razılaşıblar. "Napoli" 23 yaşlı futbolçu üçün 18 milyon avro ödəyəcək. Daha 2 milyon avro isə bonus olaraq veriləcək.
Nqonj bir ildir ki, “Verona”da oynayır. Bu mövsüm forvard bütün turnirlərdə 21 oyun keçirib, 6 qol vurub və iki məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. "Transfermarkt" futbolçunun təxmini dəyərini 6 milyon avro qiymətləndirirr.
Mirağa