Türkiyənin "Beşiktaş" klubu əsas heyətdən kənarda qalan futbolçusu Valanten Rozyeni icarəyə verib.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Fransa "Nitsa"sında çıxış edəcək.
Onun maaşını Liqa 1 təmsilçisi ödəyəcək. Klub həmçinin Rozyeni birdəfəlik almaq hüququna malik olacaq.
“Beşiktaş” ötən ilin dekabrından Valanten Rozyeni əsas heyətdən kənarlaşdırıb.