Daha bir futbolçu "Sumqayıt"ı tərk edir. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, Ruslan Nəsirli komandadan gedir.
“Sumqayıt”da istənilən səviyyədə çıxış edə bilməyən oyunçu son çempionatda belə demək mümkünsə, heç nə ilə yadda qalmayıb. Bunu nəzərə alan Ruslan klubunu dəyişmək qərarına gəlib. “Sumqayıt” tərəfi isə buna mane olmaq niyyətində deyil.
Hücumçu karyerasını yenə elita klubunda davam etdirəcək. Belə ki, Nəsirli artıq elitanın debütantı “Araz Naxçıvan”la razılığa gəlib və növbəti mövsümü Muxtar Respublika təmsilçisində keçirəcək.
Qeyd edək ki, Ruslan ötən il "Trabzonspor"da baxışdan keçmişdi.
Fanat.az