Ötən gecə "Atletiko" və "Real Madrid" arasında İspaniya Kubokunun 1/8 final görüşü baş tutub.
Fanat.Az xəbər verir ki, matç əlavə vaxtda “Atletiko”nun qələbəsi ilə yekunlaşıb - 4:2.
Beləliklə, Karlo Ançelottinin komandasının 21 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyulub.
“Real” sonuncu dəfə 2023-cü il sentyabrın 24-də, məhz “Atletiko”ya (1:3) uduzmuşdu. O vaxtdan bəri, 116 gün ərzində "kral klubu" 18 dəfə qalib gəlib, üç dəfə heç-heçə etmişdi.
Mirağa