PSJ müqaviləsi yayda başa çatacaq ulduz hücumçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.
Fanat.Az xəbər verir ki, bu barədə "RMC Sport"-un şərhçisi və "After Foot" şousunun aparıcısı Stefan Qay açıqlama yayıb.
Mənbənin iddiasına görə, Paris nəhəngi Fransa millisinin üzvünə 400 milyon avro dəyərində 4 illik anlaşma təklif edib. O, bu məbləğin yetərli olmadığını və aparıcı klubların daha cəlbedici təklif etdiyini bildirib:
“Təsdiq edə bilərəm ki, hər şey pulla bağlıdırsa, Mbappenin anasının dediyi kimi, PSJ rəqabətdən kənardadır. Onlar 4 il ərzində 400 milyon avroluq təklif edir. Halbuki, Kilian reklam ödənişləri də daxil olmaqla və bütün gəlir mənbələri nəzərə alınmaqla, indi 100 milyon avro qazanır. PSJ isə ona maaş olaraq 100 milyon təklif edir”.
Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Hazırda onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
25 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 25 matça çıxıb, 26 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa