İngilis yarımmüdafiəçi Cordan Hendersonun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu ilə üç illik müqaviləni vaxtından əvvəl ləğv edən ulduz futbolçu karyerasını Niderlandda davam etdirəcək.
"Ayaks" rəsmi saytı vasitəsilə 33 yaşlı futbolçunun keçidini elan edib. Onunla imzalanan müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.
Cordan Henderson 2023-cü ilin iyulunda 14 milyon avroya "Liverpul"dan "Əl-İttifaq"a keçib. O, Səudiyyə Ərəbistanına uyğunlaşmadığı üçün klubu tərk edib. "Əl-İttifaq"ın kapitanı bu ölkədə 19 oyun keçirib və 5 məhsuldar ötürmə edib.
Mirağa