Rumıniyanın "Styaua" klubunun prezidenti Cici Bekali "Neftçi"nin transfer siyahısında olan italiyalı hücumçunu - Andrea Kompanyonu satmağa hazır olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Gsp.ro" onun dediklərini belə çatdırıb:
"Kompanyodan qurtulmaq fikrində deyiləm. Amma 400 min ödəsələr, gedə bilər".
Qeyd edək ki, cari mövsüm 4 qol vuran Kompanyo "Styaua" forması ilə son dəfə 4 ay öncə - ötən ilin sentyabrında fərqlənib.