Bolqarıstan ÇSKA-sının hücumçusu Brayan Moreno dünən günorta saatlarında Kolumbiyadan Azərbaycana uçub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Temasport" yayıb.
Xəbərə görə, 24 yaşlı forvard Azərbaycanda növbəti klubu ilə müqavilə imzalayacaq.
Mənbə həmçinin vurğulayıb ki, "qırmızılar" yanvarın 7-də Brayanı intizamsızlıqda ittiham edərək yollarını ayırıb: "Hər kəs onu peşəkar davranmağa və iş etikasını qorumağa təşviq etmək üçün səy göstərsə də, onun istəyi başqa idi. Əvvəllər də bu kimi problemləri olan futbolçuindi də ilin ilk məşqinə gəlib çatdırmadığı üçün klubdan kənarlaşdırıldı".
Moreno CSKA-ya iki il əvvəl - 2022-ci ilin əvvəlində məşqçi Stoyko Mladenovun istəyi ələ transfer olunub və o vaxta qədər yalnız vətənində oynayıb.
İntizamsız futbolçunun adı "Neftçi" ilə hallanır.
Mirağa