“Əl-İttifaq”ın baş məşqçisi Stiven Cerrard gələcəyini bu komanda ilə bağlamaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi rəsmi saytında 43 yaşlı ingilislə 2027-ci ilə qədər olan yeni müqavilə imzaladığını açıqlayıb.
Sözügedən klub yeni anlaşmanı belə təqdim edib:
The journey continues with Steven Gerrard until 2027 ✍️🟢🔴#Ettifaqpic.twitter.com/4Sv9X7ooEO
— Ettifaq Club (@Ettifaq_EN) January 18, 2024
Stiven Cerrard 2023-cü ilin iyulunda “Əl-İttifaq”ı çalışdırır. Bu müddət ərzində komanda onun rəhbərliyi altında 25 oyun keçirib (11 qələbə, 7 heç-heçə, 7 məğlubiyyət). Baxmayaraq ki, hazırda Cerrard və komandası üçün işlər yaxşı getmir. Çünki “Əl-İttifaq” sonuncu dəfə oktyabrın 28-də qalib gəlib. O vaxtdan bəri komanda dörd məğlubiyyətlə üzləşib və beş heç-heçə edib.
Mirağa