“Betis” klubunun və Meksika millisinin yarımmüdafiəçisi Andres Quardado La Liqa klubu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə Sevilya klubunun rəsmi saytı məlumat yayıb.
37 yaşlı futbolçu karyerasını vətənində davam etdirəcək. Meksika yığmasının sabiq kapitanı “Leon”a keçib.
Quardado 2023/24 mövsümündə "Betis"in heyətində bütün turnirlərdə 19 matç keçirib. O, 2017-ci ildən “Betis”in uğurları üçün çalışırdı. Təcrübəli yarımmüdafiəçi bu komandada keçirdiyi 218 oyunda 5 qol vurub, 17 assist edib.
Andres Quardado tarixdə beş dünya çempionatında oynamağı bacaran altı futbolçudan biridir.
Mirağa