"Tottenhem"in yarımmüdafiəçisi İvan Perişiçin yeni klubu müəyyənləşmək üzrədir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Tottenhem" 34 yaşlı oyunçunu istəyən Xorvatiya "Hayduk"u ilə razılığa gəlib. Mənbə İvanın yetirməsi olduğu Split təmsilçisinə qayıdaraq klubun tarixinə düşmək istədiyini vurğulayıb.
Xatırladaq ki, ötən ilin sentyabrında xaçvari diz bağları qopan Perişiç hazırda zədəsini sağaltmaqla məşğuldur. Onun yaşıl meydanlara nə vaxt dönəcəyi bilinmir.