Özbəkistanın Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi (SAMA) ictimai qınaq səbəbindən “Paxtakor”un satışı prosedurunu dayandırıb.
Fanat.Az xəbər verir ki, məlumatı təşkilatın mətbuat xidməti yayıb.
Qurum Daşkənd klubunun dövlət payının 100 faizinin hərraca çıxarıldığı elan edib. Bu qərarı Asiya Futbol Konfederasiyasının siyasəti diktə edib. AFK hesab edir ki, futbol klublarının bir dövlət təşkilatı statusunda olması sağlam rəqabət mühitinin yaradılmasına mane olur.
“Paxtakor” Özbəkistanın 16 qat çempionudur.
Mirağa