Yanvarın 16-da "Roma"dan qovulan Joze Mourinyu məşqçilik karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı “Asharq Al-Awsat” nəşri yayıb.
Xəbərə görə, Mour “Əl-Şabab” klubu ilə şifahi razılığa gəlib. Mənbə klub rəsmilərinin məlumatı təsdiqlədiklərini vurğulayıb. Portuqaliyalı mütəxəssisin yaxın günlərdə Ər-Riyada yollanacağı bildirilib.