"Nyukasl"ın müdafiəçisi Xavyer Mankilyo Premyer Liqa klubundan ayrılıb İspaniyaya qayıtmağa yaxındır.
Fanat.Az "The Athletic"-ə istinadən xəbər verir ki, o, "Selta"ya keçəcək.
Mənbənin məlumatına görə, zədə səbəbindən bu mövsüm əsas komandada meydana çıxmayan 29 yaşlı oyunçu uğurlu əməliyyatdan sonra vətəni İspaniyaya qayıtmaq əzmindədir. O, "Selta"da "Nyukasl"ın sabiq çalışdırıcısı Rafael Benites ilə yenidən birgə çalışmaq imkanlarını müzakirə edir.
Mankilyo əvvəllər "Atletiko Madrid", "Liverpul", "Olimpik Marsel" və "Sanderlend"də çıxış edib.
Mirağa