"Nyukasl"ın kapitanı Kiran Trippyer bu ay iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Chronical Live" yayıb.
Xəbərə görə, Trippyerin xidmətində sağ cinah müdafiəçisi axtarışında olan "Bayern Münhen" maraqlıdır. Mənbə 33 yaşlı Kiranın Almaniya nəhənginin forvardı Harri Keynlə dost olduğunu da vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Nyukasl" forması ilə 28 matça çıxan Trippyer 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "sağsağanlar"la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.