"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsi çərçivəsində keçirilən Misir - Qana oyununda (2:2) zədələnib.
Fanat.Az xəbər verir ki, misirli forvard ilk hissənin sonlarında diz nahiyəsindəki problem səbəbindən əvəzlənmək məcburiyyətində qalıb.
İngiltərə nəhənginin baş məşqçisi Yürgen Klopp klubun rəsmi saytına açıqlamasında hücumçunun zədəsi ilə bağlı danışıb.
“Hələ heç nə bilmirik. Dünən onunla danışdım və bu, daha çox araşdırılmalı olan zədə növüdür. Təbii ki, o an şok yaşadım: “Aman Allah, nə baş verir?”
Aydındır ki, Mo meydanı tərk etmək məcburiyyətindədirsə, deməli, həqiqətən nəsə baş verib”.
Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb və 14 qol vurub.
Mirağa