"Qarabağ"dan ayrılan ispaniyalı yarımmüdafiəçi Qaspar Panaderonun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, İspaniyanın 3-cü Liqa təmsilçisi "Linares Deportivo"ya keçib.
“Qarabağ”a 2021-ci ilin yayında İspaniyanın “Kadis” klubundan keçən Qaspar Panadero Ağdam klubunun heyətində Premyer Liqada cəmi 4 oyuna çıxıb. O, Azərbaycan çempionu ilə bu ayın əvvəlində vidalaşmışdı.