Tanzaniya yığmasının baş məşqçisi Adel Amruş Afrika Millətlər Kubokundan uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının mətbuat xidməti məlumat yayıb.
Amruş qrup mərhələsinin ilk turunun oyunundan sonra Mərakeş yığmasının ünvanına (0:3) təhqiramiz ifadələr işlətdiyi üçün AFK tərəfindən 8 oyunluq diskvalifikasiya edilib.
Hemed Morokko Tanzaniya millisinin baş məşqçi əvəzi təyin edilib.
İlk turdan sonra Tanzaniya yığması F qrupunda sonuncu pillədə qərarlaşıb.
Mirağa