“Qalatasaray”ın yarımmüdafiəçisi Lukas Torreyra karyerası ilə bağlı mətbuata maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, ESPN təcrübəli futbolçunun sözlərini belə çatdırır:
“Ən böyük arzularımdan biri "Boka Xuniors"da oynamaqdır. Uzun illərdir ki, Avropadayam. Ailəm üçün darıxıram və onlara yaxın olmaq istəyirəm. Hər şeyin öz vaxtı var. Zamanı gələndə onlarla birlikdə olacağıma inanıram. Keçən il Cənubi Amerika komandaları ilə əlaqəm olsa da, "Qalatasaray"da olmağım doğru idi. “Qalatasaray”a hər cəhətdən minnətdaram. Bundan əlavə, müqaviləm 2026-cı ilin iyununa qədər davam edir”.
Qeyd edək ki, Torreyra 2022-ci ildən "Qalatasaray"ın şərəfini qoruyur.
Nahid Məmmədov