"Qəbələ"dən ayrılan Omar Haninin yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi karyerasını Kiprin yüksək liqa təmsilçisi “Doksa”da (Katakopias) davam etdirəcək.
Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Qeyd edək ki,2021-ci ilin sentyabrından “Qəbələ”də oynayan O.Hanı bu ay klubdan ayrılmışdı. İordaniyalı futbolçu Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. O,“Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.