"Milan"ın qapıçısı Mayk Menyan irqçiliklə üzləşib.
Fanat.Az xəbər verir ki, hadisə "qırmızı-qaralar"ın "Udineze" ilə səfər matçında - A Seriyasının XXI turunun oyununda (3:2) qeydə alınıb.
Matçın ilk hissəsində azarkeşlər fransalı qolkiperi fitə basıblar və meydana müxtəlif əşyalar atıblar. Bu səbəbdən baş hakim Fabio Mareska 32-ci dəqiqədə görüşü bir müddətlik dayandırıb. Mayk Menyan isə paltardəyişmə otağına yollanıb. Bir qədər sonra isə o, meydana qayıdaraq oyunu davam etdirib.