XXI əsrdə ən çox qol vurmuş afrikalı oyunçuların adları açıqlanıb.
Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə kamerunlu Samuel Eto mövqe tutub.
42 yaşlı sabiq hücumçu XXI əsrdə 410 dəfə rəqib qapılarına yol tapıb. Didye Droqba (Fil Dişi Sahili) 339 qolla ikinci, hazırda karyerasını Fransanın "Marsel" klubunda davam etdirən Pyerr-Emerik Obameyanq (Qabon) 336 qolla üçüncü yerdədir.
İngiltərənin "Liverpul" komandasında çıxış edən Məhəmməd Salah (Misir) isə 334 dəfə fərqlənib.