"Atalanta" nın futbolçusu Mario Paşaliç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Xəbərə görə, xorvatiyalı yarımmüdafiəçini "Qalatasaray" istəyir.
Mənbənin məlumatına görə, İstanbul klubu transfer üçün İtaliya təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Paşaliç cari mövsüm "Atalanta" forması ilə 18 rəsmi maçtda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov