“Nyukasl” kapitanı Kiran Trippyer üçün “Bayern Münhen”in göndərdiyi ilkin təklifi geri çevirib.
Fanat.Az xəbər verir ki, məlumatı “Sky Sports” yayıb.
Xəbərə görə, hazırda tərəflər danışıqları davam etdirir. Mənbə maliyyə çətinlikləri olan “sağsağanlar”ın əlavə vəsait əldə etmək üçün Trippyeri yaxşı qiymətə satmağa hazır olduqlarını vurğulayıb.
Cari mövsüm Premyer Liqada 19 matça çıxan 33 yaşlı müdafiəçi 7 qolun ötürməsini verib.