Bu ay "Roma"dan qovulan Joze Mourinyu Səudiyyə Ərəbistanından gələn təkliflə bağlı yekun qərarını verib.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Xəbərə görə, təcrübəli baş məşqçi “Əl-Şabab” komandasının təklifini rədd edib.
Mənbə bildirir ki, portuqaliyalı mütəxəssis dincəlmək istəyir və heç bir komandanı çalışdırmağı planlaşdırmır.
Xatırladaq ki, "Roma" portuqaliyalı mütəxəssislə yolları yanvarın 16-da ayırıb.
Nahid Məmmədov