“Vest Hem”in futbolçusu Pablo Fornals karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fotomaç" yayıb.
Xəbərə görə, ispaniyalı yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir.
Mənbə bildirir ki, İstanbul klubunun baş məşqçisi Okan Buruk transferin baş tutmasında şəxsən maraqlıdır.
Qeyd edək ki, Fornalsın "Vest Hem"lə müqaviləsinin müddəti 2024-ci ilin yayında başa çatacaq.
Nahid Məmmədov